Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

AXCP sədr müavinin prokurorluqda dindirilməsi 5 saatda çox çəkib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı cümə axşamı Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər İdarəsində beş saatdan çox dindirilib.

O, idarəyə vəkilsiz gedib. Turan-ın müxbiri ilə söhbətində Bayramlı deyib: “Prokurorluqdan gələn bildirişdə deyilirdi ki, məni guya xaricdən siyasi sığınacaq almaq istəyənlərə AXCP-dən verilmiş saxta arayışlarla bağlı iş üzrə çağırıblar.

Bu ittiham böhtan və AXCP-yə növbəti təzyiq cəhdidir. Partiyamız heç vaxt heç kimə saxta arayış verməyib. Mən bizim hakimiyyətdən hər şey, hətta həbsimi də gözləyirəm, amma bu, məni qorxutmur. Bir çox partiya üzvlərimiz həbs olunub. Mənim onlardan heç bir üstünlüyüm yoxdur”.

Bayramlı İdarədən çıxarkən də bildirib ki, cinayət işi açılıb və o, şahid qismində işə cəlb olunub: “Mənə saxta arayışları göstəriblər, onların verildiyi şəxslərin kimliyi barədə soruşublar. Bundan başqa, mənim imza nümunəmi götürüblər. Hesab edirəm ki, bu iş tamamilə saxtalaşdırılıb.

Bu yaxınlarda hakim partiyanın nümayəndəsi Siyavuş Novruzov Əli Kərimlini korrupsiyada ittiham edib və araşdırma başlamağı xahiş edib. Aydındır ki, cinayət işi bununla bağıdır. Mən bildirdim ki, biz özümüz saxta arayışlar barədə işin araşdırılmasında maraqlıyıq ki, bunu bizim partiyamızla əlaqələndirməsinlər. Biz bu məsələ ilə bağlı əməkdaşlıq etmək barədə razılıq əldə etdik. Mənə qarşı heç bir təzyiq olmayıb, deyiblər ki, zərurət yaranarsa, yenidən çağıracaqlar”, deyə Bayramlı əlavə edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir