Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

İNSANLAR ÜMİDLƏ YAŞAMALIDIR

Avropada yaşayan həmkarımız Malik Bayramov öz Facebook səhifəsində paylaşım edib. Həmin yazını təqdim edirik.

Bu ümidi isə onlardan geri almaq olmaz. Yaşadığımız dünyada supergüclər arasında birinci yerlərdən birini tutan Avropa dəyərləri ümidlərin doğrulmasında daha inandırıcı görünür. Son on illərin gerçək reallığı bunu deməyə əsas verir. Milliyətindən, dinindən asılı olmayaraq hər kəsə qucaq açan Avropa ümid qapısına çevrilib.

Ölkəsindəki müharibədən, siyasi durumdan, maddi və mənəvi sıxıntılardan Avropaya sığınan milyonların sayı hər gün artmaqda davam edir və ümid yerinə çevrilir. Bu ümidlər qırıldıqda isə nəticə acınacaqlı olur.

Avropa dəyərlərini, qanunlarını və humanistliyini öz ölkəsində görmək və yaşamaq istəyənlərin sayı isə yüz milyonlarla ölçülür. Ancaq bunu qəbul etmək istəməyən zalim iqtidarlar öz hegomonluğunu sürdürməkdədirlər. Humanist Avropanın bəzi gücləri isə buna rahatlıqla göz yumurlar. Hətta daha irəli gedən bəzi siyasətbazlar diktator rejimlərin verdiyi rüşvəti rahatlıqla qəbul edirlər.

Nədənsə demokratiyanı, insan haqlarının aliliyini məmləkətlərində görmək istəyənlərin ümidləri yenə də Avropayadır.

Vətəndaşı olduğum Azərbaycan iqtidarı yuxarıda söylədiyim ali dəyərləri söz olaraq bütün dünyaya bəyan edir. Avropaya enerji təhlükəsizliyi, daxili “stabillik”, nəticəsiz idman yarışları və ən əsası saxta seçkilər, ailə hakimiyyətinin davam etməsi onların ali məqsədidir. Bu məqsədlərə çatmaq üçün bütün dünyanı aldatmağı bacaran Əliyev rejimi öz insanlarını öldürməyə belə hazırdır.

Siyasətlə məşğul olan istər avropalı, istərsə də digərləri bunu bilməmiş deyildir. İnsanlarını çıxılmaz vəziyyətə salan bu rejim Avropa dəyərlərini məsğərəyə qoymaqdan belə utanmır. Rəsmi mətbuat orqanları ilə hər gün Avropanın və əsasən də Almaniyanın dağılmasını insanların beyinlərinə yeridir. Nümunə olaraq onlara demək istərdim ki, Almaniyanın kiçik bir kəndində belə istehsalla məşğul olan 3-4 zavod fabrik var. Bunu Azərbaycan iqtidarı da yaxşı bilir. Sadəcə Avropa, sivil dünya deyil, keçmiş sovetlər kimi bir rejimlə idarəetməyə üstünlük verirlər. Təbii ki, bu da onların hakimiyyətlərini zor gücü ilə uzatmağa hesablanıb…

İstər Avropaya sığınanlar, istərsə də öz ölkələrində Avropa dəyərlərini arzu edənlər ümidlə yaşayırlar. Zaman isə ümidləri gözləmir, davam edir. Davam edən bu zamanda isə insan həyatı məhvə doğru gedir. Faciə budur…

Malik Bayramov

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir