Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

«AG Bank»ın Mərkəzi Banka borcu 45 mln manata çatıb

2017-ci ilin I rübündə «AG Bank»ın aktivləri ötən ilin eyni dövrünə nisbətən 11 mln 509 min manat və ya 2,2% azalaraq 505 mln 752 min manat olub.

Hesabat dövründə bankın öhdəlikləri 19 mln 089 min manat və ya 4,4% artaraq 453 mln 513 min manata çР°tıb.

Bankda depozitlər 9 mln 862 min manat və ya 4,5% azalaraq 210 mln 398 min manat, o cümlədən xarici valyuta ilə depozitlər 15 mln 067 min manat və ya 7,7% azalaraq 179 mln 838 min manat olub.

Bankda fiziki şəxslərin tələb olunanadək depozitləri 30 mln 289 min manat, hüquqi şəxslərin tələb olunanadək depozitləri 55 mln 499 min manat, fiziki və hüquqi şəxslərin müddətli depozitləri 120 mln 804 min manat və 3 mln 805 min manatdır.

«AG Bank»ın kapitalı 37% və ya 30 mln 598 min manat azalaraq 52 mln 238 min manat olub.

«AG Bank»ın Mərkəzi Banka borcu 21 mln-dan 45 mln manata artıb.

Bank 2017-ci ilin I rübündə 1 mln 807 min manat ziyana düşüb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir