Qubad İbadoğlu
Dövlət Neft Şirkətinin və onun törəmə müəssisələrinin borcu sürətlə artır.
Bu tendensiya valyuta bazarında əlavə gərginlik yarada, enerji tariflərini yenidən bahalaşdıra bilər.
Dövlət Neft Şirkəti (DNŞ) ötən il üçün maliyyə hesabatını açıqlayıb. Ernst and Young auditor şirkənin yoxladığı həmin hesabatdan məlum olur ki, ötən ilin sonuna DNŞ-nin və onun törəmə müəssilərinin uzunmüddətli borc öhdəilikəri 8 milyard 210 milyon manat, qısamüddətli borc öhdəlikləri (uzunmüddətli borc öhdəliklərinin cari hissəsi çıxılmaqla) 5 milyard 526 milyon manat təşkil edib. DNŞ-nin 7 milyard 207 milyon manat (2015-ci ildə 5 milyard 51 milyon manat) məbləğində maliyyə kreditor borcları, əsasən ABŞ dolları olmaqla, xarici valyutalarda ifadə olunmuşdur. Hesabat məlumatlarına görə, DNŞ-nin və onun törəmə müəssisələrinin ABŞ dolları ilə bu il ödənilməsi nəzərdə tutulan qısamüddətli vəsaitlər 2,7 milyard dollardır. Digər valyutalar da nəzərə alınmaqla DNŞ və onun törəmə müəsssisələri bu il ərzində 3,5 milyard dollara qədər borc vəsaitini geri qaytarmalıdır.
Ötən il üzrə DNŞ-nin və onun törəmə müəssisələrinin borc vəsaitlərinin manatla atımında milli valyutanın devalvasiyası əhəmiyyətli rol oynasa da bu artımın dinamik xarakter alması narahatlıq doğurur. Çox güman ki, bu il sentyabrın 14-də imzalanmış AÇG yatağının uzun müddətli istismarı üzrə yeni sazişdə DNŞ-nin payının 25 faiz qaldırılması bu sahədə öhdəlikləri daha da artıracaq. Burda narahatlıq doğuran digər məqam isə DNŞ-nin borc öhdəliklərinin icra etmək üçün daxili bazarda neft məhsullarının və qazın satış qiymətini bahalaşdırmağa üstünlük verməsidir. Odur ki, bu istiqamətdə tariflərin yenidən qaldırılması istisna olunmur.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb