Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

6 ölümə bais olan sürücü uzunmüddətli həbsə getdi

Aprelin 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində 6 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elyar Bayramovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Məhkəmə istintaqı qərara bağlanıb və məhkəmə hökmü ilə E.Bayramov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Bakı-Sumaqayıt marşrutu üzrə hərəkət edən sürücü E.Bayramov martın 9-u səhər saatlarında ağır yol nəqliyyat qəzası törədib. Bu qəza nəticəsində əsasən Sumqayıt Dövlət Universitetinin tələbələri olan 5 nəfər hadisə yerində dünyasını dəyişib. Daha bir tələbə isə bir neçə gün sonra xəstəxanada vəfat edib. 15 nəfər tələbə isə xəstəxanlara yerləşdirilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir