Böyük Britaniyanın Baş naziri Tereza Mey növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib.
BBC xəbər verir ki, seçkilər bu il iyunun 8-də keçiriləcək.
T.Mey İcmalar Palatasını buraxmaq və seçkilər keçirmək niyyətini nazirlərlə görüşdən sonra verdiyi təcili bəyanatda açıqlayıb.
Böyük Britaniyanın baş naziri növbədənkənar seçkilərin ölkənin Avropa İttifaqından çıxması üzrə danışıqlara başlandığı dövrdə sabitliyə meyillənməklə izah edib.
Qeyd edək ki, daha əvvəl T.Mey 2020-ci ilə qədər növbədənkənar seçkilərin keçirilmə ehtimalını istisna edib.
Report