Almaniyada Çempionlar Liqası 1/4 final mərhələsində qarşılaşmalı olan Borussiya Dortmund – Monaco klublarının matçının başlamasına bir neçə dəqiqə qalmış partlayış olub.
Musavat.com dünya mediasına istinadən xəbər verir ki, partlayış Dortmund komandasının oyunçularının qaldığı otelin həyətində baş verib.
Dortmunt komandasını stadiona aparacaq avtobusun yanında bombanın partlaması nəticəsində futbolçu Mark Bartra yaralanıb.
Bu səbəbdən Almaniya mətbuatında Borussiya Dortmund-Monaco oyununun təxirə salındığı haqqında məlumat öz əksini tapıb.
Partlama xəbərini eşidən Monako tərəfdarlarından Dortmunda dəstək gəlib.
Musavat.com həmin anların görüntüsünü təqdim edir: