İsmayıllı rayonunda intihar hadisəsi olub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 18:00 radələrində İsmayıllı şəhərinin ərazisində salınan “Qarabağ” məcburi köçkün qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1957-ci il təvəllüdlü Vəliyeva Sənubər Mustafa qızı yaşadığı evin həyətindəki hamamda özünü kəndirlə asaraq intihar edib. Qadının özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.