Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

ANS Avropa Məhkəməsinə şikayət edib

ANS telekanalının rəhbərliyi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Şikayətdə telekanalın lisenziyasının ləğvi barədə yerli məhkəmələrin qərarlarının qanunsuz və əsassız olduğu göstərilib. Eyni zamanda, ANS-ə münasibətdə Avropa Konvensiyasının 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin tanınması xahiş olunub. Bu barədə AzadlıqRadiosu məlumat yayıb.

Vəkil Fuad Ağayev bununla bağlı Turan-a şərh verməkdən imtina edib və bu sualla ANS telekanalına müraciət etməyi məsləhət bilib. Öz növbəsində, ANS televiziyasından bununla bağlı suala cavab almaq mümkün olmayıb.

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyədə 15 iyul hadisələrindən sonra ANS-in efirində Fəthullah Gülənin müdafiəsinə yönəlmiş, terrora çağırış xarakterli materialların yayımlandığını iddia edərək, 18 iyul 2016-cı ildən etibarən bu kanalın yayımını dayandırıb. Şura daha sonra ANS-ə 25 oktyabr 2013-cü ildə verilmiş lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib. Məhkəmə iddianı təmin edib. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. ANS rəhbərliyi həmin qərardan Avropa Məhkəməsinə şikayət edib.

Teleradio Şurası “ANS-ÇM” radiosunun da lisenziyasını ləğv edib.

ANS rəhbərliyi hesab edir ki, telekanalda terrorçuluğun təbliği barədə iddiaların heç bir əsası yoxdur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir