Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə AXCP fəallarından Saqif Qurbanovun, hakim Vaqif Mursaqulovun sədrliyi ilə Baba Süleymanov, hakim Əmir Bayramovun sədrliyi ilə Əliağa Məmmədov (Əli İmanxanlı), hakim Mirzəli Abbasovun sədrliyi ilə İsmayıl Həsənov, hakim Namiq Məmmədovun sədrliyi ilə Vidadi Quliyevin inzibati həbsi ilə bağlı apellyasiya şikayətlərinə baxılıb.
Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayaraq şikayəti rədd edib.
Vəkil Əsabəli Mustafayev qərarlar əldə olunandan sonra Avropa Məhkəməsinə şikayət göndəriləcəyini bildirib.