Aprelin 20-də müdafiə naziri Zakir Həsənov Avropada NATO qüvvələrinin komandanı Kertis Skaparottini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan SQ və NATO strukturları arasında əməkdaşlığın inkişafı, Alyansın müxtəlif proqramlarında iştirak məsələləri müzakirə olunub.
Həsənov Azərbaycana silah ixracında bir sıra ölkələr tərəfindən tətbiq edilmiş “əsassız məhdudiyyətlərdən” narazılığını ifadə edib.
O, Azərbaycanın terrorizmə qarşı mübarizədə fəal iştirak etdiyini, NATO-nun Əfqanıstandakı qüvvələrini dəstəklədiyini bildirib.
Öz növbəsində, Skaparotti qonaqpərvərliyinə və RF Baş Qərargah rəisi ilə görüş keçirilməsinə köməklik etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.