Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Millət vəkili: “Qəhrəmanlıq tariximizlə fəxr edirik”

b_550_325_16777215_00_images_xeber_sekilleri_16fevral2017_17328135_10212088172822328_7159978_n.jpgRusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının siyasi məsələlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə Daimi komissiyasının islasında Assambleya Şurasının “Nasızmin bəraətinin və antihitler koalisiyası döyüşçülərinin xatirəsinin təhqir edilməsinin yolverilməzliyi barədə” bəyanatı müzakirə edilib.

Mediafakt xəbər verir ki, müzakirələrdə Daimi komissiya sədrinin müavini deputat Rüfət Quliyev çıxış edib.

R. Quliyev çıxışında qeyd edib ki, bəşər tarixinin ən dəhşətli və dağıldıcı müharibəsi olan İkinci Dünya müharibəsi döyüşçülərinin xatirəsi həmişə hamı üçün əziz olub və bu, həmişə də belə olacaq.

“Ancaq son vaxtlar bəzi ölkələrdə, o cümlədən Rusiyanın özündə də neofaşist ünsürlər, nasizım elemenləri baş qaldırmaqdadır. Rusiya Federasiyası özü nasizmə qarşı model qərarların təşəbbuskarı olsa da, oradakı özlərini “skinxed” adlandıranlar qeyri-rus millətlərinə nifrət zəminində cinayətlər törədir, faşizmin təbligilə məşqul olur, müharibədə həlak olanların müqəddəs ruhlarını təhqir edir, onların şərəfinə ucaldılmış heykəl və abidələri dağıdır, qəhrəmanlıqlarının izinin qalmamasına çalışırlar”, – deyə millət vəkili bildirib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_16fevral2017_17690938_10212241374572276_1764634929_n.jpg

Daha sonra Rüfət Quliyev çıxışında bunları bildirib: “Rusiya dövlət Arxiv İdarəsinin aparıcı mütəxəssisləri öz çıxış və məqalələrində müharibə qəhrəmanlarının şücaətinə şübhə ilə yanaşır, bəzilərinin kəmağıl olduqlarını da iddia edirlər. O cümlədən 28 Panfilovcuların mövcud olmamaları, Qastellonun, Aleksandr Matrosovun igidliklərinin uydurma olması, “Gənc qvardiya”nın əfsanəvi üzvü Zoya Kosmodemyanskayanın ruhi xəstə olması kimi əsassız iddialar irəli sürürlər. Belə qərəzli, qeyri-obyektiv məlumatlar xüsusilə gənclər arasında çaşqınlıq yaradır və onlarda vətənpərvərlik hislərinin açılanmasına mənfi təsir göstərir. Bu tendensiya bir şıra Avropa ölkələrindən MDB ölkərinə yoluxmuşdur və təkcə Rusiyada deyil, Birlik ölkələrinin bəzilərində də özünü büruzə verir. Belə neqativ halların qarşısı tam kəskinliyi ilə alınmalıdır. Faşizmin bel sütünunu qıran qəhrəman Sovet əsgəri dünyanı faşizm taunundan xilas edib. Bu gün biz varıqsa, həmin xilaskar əsgərə borcluyuq və bu, heç vaxt unudulmamalıdır. Antihitler koalisiyasının hər bir döyüşçüsünün xatirəsi millətindən asılı olmayaraq həmişə bizim üçün əziz olmalıdır. Böyük Vətən müharibəsində təkcə Azərbaycandan 128 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycan xalqının igid oğlu Həzi Aslanov isə bu yüksək ada 2 dəfə layiq görülüb. Sloveniya xalqı indi də Mehdi Hüseynzadənin qəhrəmanlığı ilə fəxr edir və onun məzarı orada xüsusi qayğı ilə əhatə olunub. Hətta o, Sloveniyanın Milli Qəhrəmanıdır, ölkədə onun muzeyi fəaliyyət göstərir. Bu ölkədə səfərdə olan hər bir azərbaycanlı üçün onun məzarı və muzeyi ilk ziyarət yeridir. Qafur Məmmədovun, Gəray Əsədovun, Züleyxa Seyidməmmədovanın və Azərbaycanın digər qəhrəman oğul və qızlarının igidlikləri hər zaman xalqımızın qəlbindədir və biz heç zaman düşünməmişik bu müharıbə bizim ərazidə olmayıb və Qələbə də bizim üçün xüsusi əhəmiyyət kəsb etmir. Əksinə, biz bu qəhrəmanlıq tariximizlə fəxr edirik. Bu müharibədə 700 minə yaxın Azərbaycan vətəndaşı iştirak edib və onların yarısından çoxu qanlı döyüşlərdə həlak olub. Onları unutmaq böyük mənəviyyətsizlik olardı. Hər il Qələbə bayramı ərəfisində möhtərəm Prezidentimiz cənab İlham Əliyev müharibə veteranlarına birdəfəlik maddi yardımlar göstərilməsi, məişət şəraitlərinin daha da yaxşılaşdırılması üçün sərəncamlar verir və onların xatirəsinə sonsuz ehtiram göstərir. MDB-yə daxil olan ölkələrdə və antihitler koalisiyası ölkələrində faşizmin hər bir təzahürünin, keçmiş doyüşçülərin xatirəsinə hörmətsizliyin qarşısının alınması üçün təsirli tədbirlər görülməlı və belə hallara qətiyyətlə yol verilməməlidir. Bu doyüşçülərin ruhu qarşısında həmişə baş əyməli və onları unutmamalıyıq. Belə olmasa, 30-40 ildən sonra nasist qüvvələrin təsiri altında antihitler koalisiyası ölkələri xalqlarının bu qəhrəmanlıq epopeyası deformasiyalara, eroziyalara məruz qalıb unudula bilər. Bunu isə tarix heç kimə bağışlamaz”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_16fevral2017_17671336_10212241374852283_998291550_n.jpg

Iclasda çıxış edən Daimi komissiyanın digər üzvləri də Rüfət Quliyevin çıxışını dəstəkləyib və bu məsələnin aktuallığını qeyd ediblər. Müzakirələrdə azərbaycandan olan deputat Rasim Musabəyov öz fəallığı ilə fərqlənib və Bəyanatın qəbul olunmasında onun birmənalı olaraq müstəsna rolu olub.

Qeyd etmək lazımdır ki, müharibə şəraitində yaşayan Azərbaycan üçün hərbi vətənpərvərlik məsələsinin böyük əhəmiyyəti var. Gənclərimizi vətənpərlik ruhunda tərbiyə etmək üçün qəhrəmanlarımız, Qarabağ şəhidləri geniş təbliğ olunur, onların döyüş şücaətləri əsgərlərimiz üçün örnək, qürur yeridir. Qarabağ şəhidlərinin, veteranlarının ailələrinə gayğı möhtərəm Prezidentimizin daxili siyasi kursununun tərkib hissəsidir. 2016-ci il uğurlu aprel döyüşlərinin şəhid və iştirakçılarına xüsusi diqqət bunun bariz nümunəsidir.

Heç kim və heç nə unudulmamalıdır. Unutsaq, unudulariq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir