Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Şimal dənizində yenə də neft tapılıb

“Financial Times” yazır ki, Hurricane Energy şirkəti Şimal dənizindəki Şetland adalarında yeni neft yataqları kəşf edib. Bu ərazidə neft yataqlarının inikişaf etdirilməsi lisenziyalarının sahibi olan Royal Dutch Shell və BP düşünürlər ki, yeni quyular neft sənayesinə “yeni nəfəs” verəcək.

Bu, yeni əsrdə Britaniya sularında aşkar edilmiş ən böyük neft tapıntısıdır.

Hurricane şirkətinin tezliklə açıqlayacağı hesabatda onun bu ərazidə 1 kilometr dərinlikdə neft sütunu tapdığını elan edəcəyi gözlənilir.

Beləliklə, Londonda mənzillənmiş Hurricane şirkəti Britaniya şelfində ən böyük toxunulmamış yatağa sahib ola bilər.

Hələ yanvar ayında qazma işləri başlamazdan əvvəl Cenkos Securiries mərkəzinin analitiki Ashley Kelty demişdi ki, bu ərazidəki Halifax quyusu bu əsrdə Britaniyada qazılmış ən mühüm neft quyusu olacaq. O proqnoz vermişdi ki, Halifax və Lancaster adlı başqa bir quyu arasında əlaqə tapılarsa, bu, bu ərazidə 1 milyard barrel neftin olduğuna dəlalət edəcək.

Buna baxmayaraq bəzi sənaye başçıları Hurricane şirkətinin kəşfi barədə skeptik düşünürlər.

Onlar deyirlər ki, sözü gedən neft yatağı dənizin “sınmış dibində” – yəni nisbətən yumşaq çöküntü qumdaşının altında yerləşir. Şimal dənizinin əsas neft quyuları məhz yumşaq dibdən çıxırılıb.

Məhz buna görə də skeptiklərin fikrincə, Hurricane hələ bu yataqların rentabelli olacağını isbat etməlidir.

Buna baxmayaraq Huricane-in tapıntısı neft qiymətlərinin düşməsi ilə bağlı investisiyaların azaldığı bir vaxtda müsbət hadisə sayılır.

Bu əraziyə maraq göstərən neft nəhənglərindən biri də Shell şirkətidir. BP, ExxonMobil, Statoil bu bölgədə yataqların inkişaf etdirilməsi üçün 17 lisenziya əldə ediblər.

Sözü gedən şirkətlər Şimal dənizində tamamilə toxunulmamış yataqları inkişaf etdirəcəklər.

(bbc azəri)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir