Daxili İşlər Nazirliyi (DİN) bloqqer Mehman Hüseynovu məhkəməyə verib. Bu haqda vəkil Elçin Sadıqov məlumat yayıb. Vəkil bildirir ki, şikayəti Nəsimi rayon polis idarəsinin rəisi Musayev Musa Oktay oğlu verib və Mehman Hüseynovun CM-nin 147.2-ci maddəsilə məsuliyyətə cəlb olunub cəzalandırılmasını istəyir. Bu, M.Hüseynovun yanvarın 10-da polislə bağlı verdiyi açıqlaması ilə bağlıdır.
Məhkəmə fevralın 10-a təyin olunub. Şikayətə Suraxanı rayon Məhkəməsində baxılacaq.