Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Şagirdin göz bəbəyi dağıldı – Lənkəran məktəbində bədbəxt hadisə

Lənkərandakı 8 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.

Məktəbin 9-cu sinif şagirdlərinin bir-biri ilə zarafatlaşması acı nəticənlənib. Belə ki, sinif yoldaşının atdığı qələm Əliyev Zahid İdris oğlunun gözünə batıb. Nəticədə onun göz bəbəyi dağılıb. Yaralı Lәnkәran rayon Xәstәxanasına aparılıb, lakin hәkimlәr onu qəbul etməyib.

Masallı rayon xәstәxanasında da inkar cavabı alan yaxınları Zahidi Bakıya gətiriblər.

Sayt 8 nömrəli tam orta məktəbin direktoru Aslan İbrahimovla əlaqə saxlayıb. Direktor bildirib ki, hadisə dərsdən sonra zarafat əsnasında baş verib:

“Uşaqlar qonşudurlar və dərsdən sonra evə gedən zaman zarafatlaşıblar. Bu vaxt qələm Zahidin gözünə batıb. Biz məktəb kollektivi olaraq şagirdimizlə maraqlanırıq. Yanına da getmişik, zəng də edirik. Onların ikisi də çox yaxşı oxuyur. Seçilən şagirdlərimizdəndir. Digər uşaqla bağlı müəyyən tədbirlər görüləcək, töhmət alacaq. Məndə olan məlumata görə, bu gün həmin uşaqlar telefonla da danışıb. Aralarında hər hansı bir düşmən münasibəti yoxdur. Sadəcə zarafat olub”. (qafqazinfo)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir