Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Gəncədə Təmizlik İdarəsinin əməkdaşı döyülüb –Abonentlər tərəfindən

Gəncədə Təmizlik İdarəsinin əməkdaşı döyülüb. 

Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. İdarənin əməkdaşı 1981-ci il təvəllüdlü Osman Orucov abonentlər tərəfindən döyülüb.

Müxtəlif bədən xəsarətləri alan O.Orucov xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, O.Orucov tullantıların yığılmasına görə ödənişdən imtina edən vətəndaşlar tərəfindən döyülüb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

APA

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir