Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Tərkibində qadın olan cinayətkar dəstə tutuldu

Fevralın 26-da iki maskalı şəxs Mingəçevir sakini Bəhruz Mikayıllının Gəncənin Cavadxan qəsəbəsində kirayədə yaşadığı evə qanunsuz daxil olaraq oğurluğa cəhd edib.
ARB TV xəbər verir ki, cinayətkarlar kirayəşinin mənzilə qayıtdığını gördükdə, onu tapançaya bənzər əşya və bıçaqla hədələyərək, mobil telefonunu, gümüş üzüyünü soyğunçuluq yolu ilə ələ keçiriblər. Ancaq dırnaqarası qəhrəmanlar çox da uzağa qaça bilməyiblər.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunazidd hadisəni törətməkdə şübhəli bilinən Goranboy sakini Elxan Yaqubov və Tərtər sakini, əvvəllər məhkum olunmuş Adil Nuriyev saxlanılaraq istintaqa təhvil veriliblər. Şəxslərin digər cinayətləri də üzə çıxıb.
Belə ki, onlar fevralın 5-dən 25-dək Goranboy sakini Eldar Qənbərov, Gəncə sakinləri Şaiq Hacıyev və Aytən Allahverdiyeva ilə əlbir olaraq Nizami rayonu ərazisindəki 3 evdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinirlər.
Cinayətkar dəstə üzvlərinin istifadə etdiyi tapançaya bənzər alışqan, 3 ədəd bıçaq, 1 ədəd ambır, 2 cüt əlcək, kəndir, habelə oğurladıqları mobil telefon maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir