Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Bağdad şəhərində partlayış baş verib: 7 ölü, 24 yaralı

İraqın paytaxtı Bağdad şəhərində partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Əbu Deşir bölgəsində qeydə alınıb. Belə ki, bomba qoyulmuş avtomobilin partladılması nəticəsində 7 nəfər ölüb, 24 nəfər yaralanıb.

Partlayış zamanı yaranmış alov ərazidəki bir neçə avtomobilin yanmasına səbəb olub. Hadisə zamanı habelə yaxınlıqdakı yaşayış binaları da zədələnib.

Hələlik terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir