Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “reket” jurnalistikasının inkişafında Azərbaycan məmurlarını ittiham edib.
O, “istipress” saytına verdiyi müsahibədə indiyə qədər açmadığı və bir məmur tərəfindən səslənməsi sensasion hesab olunan fikirlər deyib. Onun sözlərinə görə, bu gün iqtisadi maraqlara görə bəzi məmurlar gizli şəkildə saytlar yaradaraq rəqib məmurları sıradan çıxartmağa çalışırlar. Amaşov bildirib ki, bir-birinə rəqib olan məmurlar eyni zamanda reket saytlara donoslar ötürür, onu ifşa etdirmək istəyir, qarşı tərəf isə həmin materialları sildirmək üçün pullar xərcləyir.
Millət vəkilinin daha bir maraqlı fikri reket hesab olunun mətbu orqanlarının sayı barədə verilən suala cavabıdır. O bildirib ki, indi üzdə olan mətbu orqanlar arasında reketliklə məşğul olanların sayı kifayət qədər çoxdur.
Həmin videomüsahibəni təqdim edirik: