Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

“Şəhidimizin xatirəsini yad etmək mənəvi borcumuzdur” – Adil Əliyev

Azərbaycan Kikboksinq Federasiyası və “Judo Club 2012″ idman klubunun birgə təşkil etdiyi turnir aprelin 12-də Milli qəhrəman Çingiz Qurbanovun doğulub boya-başa çatdığı Qusar rayonundakı Olimpiya İdman Kompleksində keçiriləcək. Ölkəmizin peşəkar kikboksçuları qalib adı uğrunda 7 çəki dərəcəsində yarışacaqlar.

Bu barədə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev məlumat verib.

O deyib: “Yarışda ən güclü idmançılar öz güclərini sınayacaqlar. Milli qəhrəman Çingiz Qurbanov bizim federasiyasının idmançımız olub. Şəhidimizin xatirəsini yad etmək mənəvi borcumuzdur. Çingiz Qurbanov qəhrəmanlığı ilə gənclərimizə örnəkdir.

Hesab edirəm ki, yarış vətənpərvərlik təbliğatı ilə yanaşı, bölgədə idman olan marağın artmasına xidmət edəcək”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir