Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Deputat İqtisadiyyat Nazirliyini ittiham etdi

57124Əli Məsimli: “Qaz və işığın artan tarifinə görə, sahibkar  qiymətləri qaldırmalıdır”.
Milli Məclisdə Azərbaycanın 2017-ci il üzrə dövlət büdcə zərfinin müzakirəsi zamanı Deputat Əli Məsimli İqtisadiyyat Nazirliyini ittiham edib. O bildirib ki, yarımçıq siyasət qeyri-neft sektorunun inkişafına mane olur: “İqtisadiyyat Nazirliyi  tərəfdən yeni müəssisələrin yaradılması, yeni iş yerlərinin açılması ilə əlaqədar addımlar atılır. Digər tərəfdən qaz və elektrik enerjisinin qiymətlərinin artırılması ilə sahibkarların xərclərini artırır. Əgər istixanalar qaza və işığa görə, 30 min manat ödəyirdisə, indi 60 min manat ödəyəcək. Bu halda sahibkar  artan xərcə görə qiymətləri qaldırmalıdır. Qiymətləri qaldırsa, sahibkar rəqabətdə uduzacaq.  O məhsulu daxili və xarici bazarda sata bilməyəcək”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir