Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Gündəlik Bakı”-nın baş redaktoru həbs olundu

1481047761_1“Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev həbs olunub.

Hüquq-mühafizə orqanları əməkdaşlarının xüsusi əməliyyatları nəticəsində baş redaktor həbs olunub.Redaktor vətəndaşları və məmurları şantaj etməkdə təqsirləndirilir.

Xatırladaq ki, keçmiş MTN-lə əlbir olub reketçiliklə məşğul olan mətbuat orqanları arasında “Gündəlik Bakı” qəzetinin də adı hallanırdı. “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin adı birbaşa MTN-nin tapşırıqlarını yerinə yetirməkdə, müxtəlif məmur və sahibkarları şantaj edərək qorxutmaqda hallanırdı. Qeyd olunurdu ki, əvvəlcə Habil Vəliyevin özünün tərəfindən külli miqdarda rüşfət alınır, sonra isə keçmiş MTN- nə “təhvil” verilirmiş. Məhz buna görə dəfələrlə Habil Vəliyev barəsində şikayətlər edilməsinə baxmayaraq sonda o, “dəmir əl” vasitəsilə qalib gəlmişdi.

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun tapşırıqları əsasında fəaliyyət göstərən bir neçə şəxs reketçilikdə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir