Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Sərhədsiz Reportyorlar Faiq Əmirlinin həbsini pislədi

serhedsiz reporterSərhədsiz Reportyorlar Təşkilatı (RSF) “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin həbsini pisləyən bəyanatla çıxış edib. Bəyanatda ona qarşı irəli sürülən ittihamların əsassız olduğu qeyd olunur.

Bəyanatda həmçinin deyilir:

“Eyni zamanda AXCP sədrinin köməkçisi olan Faiq Əmirli dini zəmində düşmənçilik salmaqda ittiham edilir. Faiq Əmirliyə 3 aylıq həbs cəzası verən hakimiyyət absurd şəkildə onu Fətullah Gülən hərəkatının imamı adlandırıb.

Saxlanılan zaman Faiq Əmirlinin maşınında tapılan Fətullah Gülənin kitablar ittiham üçün əsas olub. İttiham şübhə ilə qarşılanıb. Tanınmış jurnalist Xədicə İsmayıl bunu belə şərh edib: “Onlar tənqidçilərinin cibinə narkotik və silah atmağa öyrəşib. Bu dəfə kitab atıblar”.

Hökumətin əleyharlarının və jurnalistlərin şəxsi əşyalarının içinə narkotik atmaq Azərbaycan polisinin geniş istifadə etdiyi təcrübədir. Faiq Əmirlinin vəkili Aqil Lahıcov bu kitabların Azərbaycanda qadağan olmadığını deyir.

Azərbaycan hakimiyyəti Türkiyədəki “Gülənçi ovundan” öz tənqidçilərinə qarşı mübarizədə bəhanə kimi istifadə edir. Bu da tamamilə absurddur. Beynəlxalq ictimaiyyət repressiyaların dayandırılması,  plüralizmin bərpası və Avropa Şurası kimi qurumların qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün hakimiyyətə təzyiq etməlidir.

Əmirlinin həbsinə cavab olaraq “Azadlıq” qəzeti bəyanatla çıxış edib. Qəzet mövcudluğunun təhlükə altında olduğu deyərək ağır şəraitdə fəaliyyətini davam etdirəcəyini və söz azadlığına sadiq qalacağını qeyd edib.

“Azadlıq” qəzeti uzun illərdir təzyiqlərə məruz qalır və indiki vəziyyəti də çox kövrəkdir. Baş redaktoru xaricə gedərək televiziya verilişi hazırlayır. Hakimiyyət onun qohumlarına təzyiq göstərir. Bəziləri isə saxta ittihamlarla həbsə atılıb.

İlham Əliyevin avtoritar hakimiyyəti prezidentin səlahiyyətlərinin artırılmasını nəzərdə tutan referendum ərəfəsində, avqustun ortalarından əleyhdarlarının həbsinə başlayıb. Bəhanə kimi isə Türkiyədə ilyunun 15-də baş verən çevriliş cəhdindən sonra Gülənçilərin təqib olunması göstərilib.

Ərdoğan Güləni dövlət çevrilişi cəhdində ittiham edir. Azərbaycan hakimiyyəti isə uzun müddətdir Gülənçiləri dəstəkləyirdi. Ancaq indi onlara qarşı təzyiqə başlayıb.

Azərbaycan Dünya Söz Azadlığı reytinqində 180 ölkə arasında 163-cü yerdədir”.

azadliq.info

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir