Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Ölkəmizin sərvətlərindən vətəndaşlarımızı xəbərdar edək”

 

Ölkəmizin sərvətlərindən vətəndaşlarımızı xəbərdar edək” layihəsi çərçivəsində

Ağdam rayonunda məlumatlandırma sessiyası keçirdi.

Bərabər İmkanlar Mərkəzi İctimai Birliyi Azərbacan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Ölkəmizin sərvətlərindən vətəndaşlarımızı xəbərdar edək” layihəsi çərçivəsində 24 avqust 2016-cı il tarixində Ağdam rayonunda maarifləndirici tədbir keçirdi.14074431_1079505538753676_946739764_o14012764_1079543238749906_1246575679_o

Sessiyada 30-dan artıq gənclər, təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak etdilər. Ağdam rayonunda Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Gənclər İdarəsinin rəhbərliyi iştirak etdi.

Layihə rəhbəri Rafiq Təmrazov iştirakçıları salamladı və Azərbaycanda neft gəlirlərinin istismarı prizmasından başlayaraq Azərbaycanda neftin istismarıyla paralel olaraq Şəffaflıq Təşəbbüsünün meydana gəlməsindən danışdı. Eyni zamanda bu təşəbbüsün ölkə üçün önəmini qeyd edərək layihənin aktuallığını əsaslandırdı. Qeyd olundu ki, Azərbaycan hökumət səviyyəsində bu prosesdə qalmaqda maraqlıdır və cari il Azərbaycan üçün taleyüklü dövrdür.

Sonra söz tədbirin məruzəçisi, Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü üzrə Qeyri-Hpkumət Təşkilatları Koalisiyasının üzvü Xalid Kazımova verildi. X.Kazımov öz çıxışına indiyədək istismardan əldə olunan gəlirlər və xərclənən vəsaitlə bağlı məlumat verməklə başladı. Qeyd olundu ki, bu günədək neft istismarından 135 milyard dollar əldə edilmişdir ki, onun 100 milyarda yaxını xərclənmişdir. Xərcləmələr zamanı Qaçqın və Məcburi Köçkünlərin məişət şəraitinin yaxşılaşdırılmasına, infrastruktur layihələrinə, o cümlədən nəqletmə zamanı çəkilmiş olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə sərf edilməsi və dövlət büdcəsinə tranferlərin həyata keçirilməsi qeyd olundu. X.Kazımov öz çıxışında şəffalıq təşəbbüsünün mahiyyəti haqqında bir daha məlumat verərək prosesə ictimai nəzarətin həyata keçirilməsinin əhəmiyyətini qeyd etdi. Qeyd olundu ki, Azərbaycan Şəffaflq təşəbbüsünə quşulan ilk ölkələrdən olmaqla ən çox -18 hesabat vermişdir. Xüsusi olaraq əhalinin məlumatlılığının təmin olunması üçün Neft Fondunun, QHT koalisiyasının, Hökumət Komissiyasının və əlaqədar strukturların saytları qeyd olundu. X.Kazımov eyni zamanda hesabatlılıq və şəffaflıüqla yanaşı səmərəlilik prinsipini də xüsusi vurğuladı və bildirdi ki, xərcləmələrin nə dərəcədə səmərəli olmasını vətəndaşlar qiymətləndirə bilərlər və bunun üçün təşəbbüskarlıq da lazımdır.

Daha sonra söz alan QHT Koalisiyasının üzvü Akif Hüseynov əsasən Şəffaflıq sahəsində ixtisaslaşan və vətəndaş cəmiyyətini təmsil edən QHT koalisiyasının fəaliyyətini qeyd etdi. O, öz çıxışında koalisiyanın əsas fəaliyyətinin ictimai iştirakçılıq, vəkillik, maarifləndirmə, özünü inkişaf etdirmə və s. olduğunu bildirərək son bu tədbiri də məhz bu tipli addım adlandırdı. S.Allahverdiyeva sonda koalisiyanın tərkibi, idarə olunması haqqında da məlumat verdi.

Daha sonra R.Təmrazov Şəffaflıq Təşəbbüsünün əsas mahiyyətini təşkil edən və qərarverici struktur olan Çoxtərərfli Qrup (ÇQ) haqqında öz bilgilərini paylaşdı. O, həm hökumətdən, həm şirkətlərdən, həm də vətəndaş cəmiyyətindən eyni sayda (hər tərəfdən 6 nəfər) nümayəndənin təmsil olunduğu ÇQ-da qərarların konsensusla qəbul olunduğunu və bütün məsələlərlə bağlı əsas qərar verdiyini bildirdi.

Daha sonra tədbir qarşılıqlı müzakirələr şəklində davam etdirildi. Belə ki, iştirakçılar onları maraqlandıran məsələlərlə bağlı suallar və təkliflər verdilər.

Tədbir qarşılıqlı diskussiya şəklində başa çatdı.

Bərabər İmkanlar Mərkəzi

İctimai Birliyinin Mətbuat Xidməti

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir