Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

41 yaşlı kişi özünü Bulvardakı saat qülləsindən atmaq istəyib

saat-bulvar-300x165Bakıda qüllədən özünü atmaq istəyənin şəxsiyyəti məlum olub. Bu, 1975-ci il təvəllüdlü Səfərov Namiq İzzəli oğludur.

Namiq Səfərov bu gün Bakının Səbail rayonunda intihara cəhd edib. O, Bakı Dənizkənarı Milli Parkı ərazisindəki saat qülləsinə çıxıb və özünü oradan atacağı ilə hədələyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Aparılan psixoloji söhbətdən sonra Namiq Səfərov xilas edilib. O, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

İntihar məqsədilə qülləyə çıxan Səbail sakini xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda bir nəfərin intihar etmək məqsədi ilə qülləyə çıxması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 17:27-də başa çatıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir