Yenifakt.info

Müstəqil xəbərlər portalı

İnsan haqları

Leyla Yunus Avropa Birliyində mühüm görüş keçirdi FOTO

leyla_yunus_webHazırda Avropada mühacir həyatı yaşayan hüquq müdafiəçisi, keçmiş vicdan məhbusu Leyla Yunus dekabrın 2-də Brüsseldə Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federika Moqerini ilə görüşüb. Görüş zamanı Leyla Yunus Azərbaycanda siyasi məhbuslarla bağlı ətraflı məlumat verib. Bildirib ki, onların sayı artıq 160 nəfəri keçib və bu son rəqəm deyil. Ölkədə repressiyalar, həbslər davam edir.

Məlumatı Leyla Yunusla birlikdə siyasi məhbuslar siyhasının hazırlanması üzrə qrupda təmsil olunan Oqtay Gülalıyev özünün feysbuk səhifəsində paylaşıb.

Gülalıyev qeyd edib ki, Leyla Yunusun siyasi məhbusların beynəlxalq ictimaiyyətə tanıdılması və azadlığa çıxması istiqamətində Avropadakı görüşləri davam edir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir