ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Nyu York Tayms qəzetinin əməkdaşları ilə söhbət edərkən belə bir bəyanatla çıxış edib. Tramp bildirib ki, o, İsrail və Fələstini barışdırmaq üçün mümkün olan hər şeyi edəcək. “Bu vaxta qədər hələ heç kim bu problemin həllinə nail ola bilməyib”. Hesab edirəm ki, İsrail və Fələstinin barışması böyük uğur olardı. ABŞ-ın gələcək prezidenti İsrail və Fələstin arasında olan problemin həlli üçün kürəkəni Kuşnerin cəlb edilməsinin mümkünlüyünü bildirib. Tramp onu da qeyd edib ki, onun İsraildən olan məhşur biznesmen dostları belə bu ideyanın reallaşmasının mümükün olmadığını bildiriblər. “Mən bu fikirlə razılaşmıram və hesab edirəm ki, iki ölkə arasında sülhü təmin edə bilərəm”.
Azadliq.info