Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

15 nəfərin öldüyü binanı üzləyən şirkət rəhbəri danışdı

bina-yangin-19may2015Bu gün Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbovun çıxış edib. Təqsirləndirilən şəxsin vəkili yanan binanın üzlənilməsində hüquqlarını müdafiə etdiyi şəxsin heç bir rolu olmadığını bildirib. O deyib edib ki, işlərin təhvil-təslimində Binəqədi Rayon İcra Hakimiyyətində işləyən Telman Tanrıverdiyev və Rüfət Hüseynov məsuliyyət daşıyır və onlar məhkəmədə ifadə verməlidirlər.

Məhkəmə verilən vəsatəti baxılmamış saxlayıb.

Sonra cinayət işində olan sənədlərin tədqiqinə başlanılıb, hadisə yerinə baxış protokolu elan edilib.

Sonra təqsirləndirilən Miryusif Mahmudov ifadə verib. O qeyd edib ki, yanğından sonra keçmiş Milli Təhlükəsizlik Nazirliyinə (MTN) sonra da Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə gətirilib: “Həmin vaxt qapıda dayanan Ramazan Səfərov adlı şəxs MTN əməkdaşı olduğumu bildirdi. Məni müstəntiq Sənan Paşayevin xidməti otağına apardılar. Mənə demədilər ki, şahid və yaxud şübhəli şəxssən. Bütün bunlar mayın 19-da baş verib. Mayın 21-də təqsirləndirilən şəxs kimi göstərilmişəm. İfadəmdə dəyişiklik olub, faktiki rəhbərlik sözü əlavə olunub. Mayın 22-də Kürdəxanıya gətirildim. Həmin gündən Sənan Paşayevi görmədim, mənim yanıma gəlmədi. Avqust ayında onu gördüm. Ona dedim ki, ifadəmi al, mənə təzyiq ediblər, hədə-qorxu gəliblər. 10 ay ifadəmi almayıblar, heç kimlə üzləşdirməyiblər. Bu necə istintaq aparmaqdır?”.

Proses günün ikinci yarısında davam edəcək. (lent.az)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir