Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

ABŞ-ın yeni prezidenti Tramp seçildi – “Amerika artıq aza qane olmayacaq”

tramp-davaAP-nin son məlumatına görə, hesablamalar D.Tramp-ın Viskonsində də qələbə qazandığını, beləliklə 276 səs topladığını göstərdi.

Beləliklə, Donald Trump ABŞ-ın prezidenti seçildi!

Tramp nəticələr bilinəndən sonra tərəfdarları qarşısında çıxış edib. O, prezident kimi diqqət yetirəcəyi məsələləri xatırladıb. Tramp rəqibi Klintonun artıq onu təbrik etdiyini bildirib və əlavə edib ki, Hillari Klinton dövlət xadimi kimi ABŞ üçün çox işlər görüb.

***

Donald Tramp ABŞ-ın ən böyük ştatları – Pensilvaniya, Ohayo, Şimali Karolina və Floridada qələbə qazanaraq, ölkəsinin 45-ci prezidenti olmağın astanasındadır.

Tramp qalib gəlmək üçün toplamalı olduğu 270 səsi qazanmaq üzrədir. Onun göstəriciləri artıq 264-dür. Hillari Klinton isə, hələ ki, 215 səs toplayıb.

Nümayəndələr Palatasının sədri Paul Ryan Trampı qələbə münasibətilə artıq təbrik edib.

Nyu-Yorkda Klinton-un seçki gecəsinə toplananlar ekranlardakı nəticələri ağlayaraq izləyirlər.

Hazırda Viskonsin, Minnesota, Miçiqan, Nyu-Hempşir və Arizona ştatlarında hesablamalar başa çatmaq üzrədir.

***

ABŞ-da 58-ci prezident seçkilərində səsvermə başa çatıb.
Alyaska ştatında son seçki dairələri bağlanıb.

Donald Tramp Pensilvaniya ştatında da qələbə qazanıb. Bu ştatın səs hesabı 20-dir.

Beləliklə, Donald Trump qələbə çalmaq üçün lazım olan 270 səsdən 264-nü toplayıb.

***

ABŞ-ın 50 ştatından 49-da səsvermə başa çatıb.

Nəticələr Trump-ın xeyli irəlidə olduğunu göstərir.

Trump-ın ən böyük qələbəsi Ohayo, Şimali Karolina və Floridada səslərin çoxunu əldə etməsi olub.

Clinton Nyu-York, İllinoys və Virciniya, sonra isə Yeni Meksika və Kolorado kimi əhəmiyyətli ştatlarda qələbə qazansa da, Trump-a yaxınlaşa bilməyib.

Clinton Pensilvaniyada nəticələri həyəcanla izləyir. Müşahidəçilər onun Pensilvaniyada da geri qalacağını güman edirlər.

***

ABŞ-da keçirilən prezident seçkilərində artıq bir çox ştatda səsvermə başa çatıb. Respublikaçı Donald Trampla demokrat Hillari Klinton arasında güclü mübarizə müşahidə edilməkdədir. Ən son hesablamalara görə, Donald Tramp 18, Hillari Klinton isə 11 ştatda qələbə qazanıb. Bu nəticələrə görə, respublikaçı namizədin aktivində 150 elektor, demokrat rəqibinin xeyrinə isə 109 səs ver.

Seçkilərin nəticəsini 50 ştat və paytaxt Vaşinqtonda keçirilən səsvermə müəyyən edir. Əhalisi çox olan ştatların Elektoral Kollegiyada elektorlarının sayı daha çoxdur. Qələbə qazanmaq üçün namizədlərdən 538 mövcud elektordan ən azı 270-ni əldə etmək tələb olunur. Elektorların sayını ölkəboyu keçirilən seçkilərin nəticəsi müəyyən edir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir