Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Qanun”da axtarış bitdi; Polis bomba əvəzinə nə tapdı?

qanun-yoxlama“Qanun” nəşriyyatında keçirilən baxış saat 17:00-a yaxın başa çatıb. Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu jurnalistlərə bildirib ki, “bomba axtarmağa” gələn polis əməkdaşları təhqiqat aparmaq adı ilə bəzi çap məhsullarını, qəlibləri götürüblər. Ancaq axtarışın hansı səbəbdən aparıldığı açıqlanmayıb Ş. Xuduoğlunun deməsinə görə, polis bunu səbəbini onlara izah etməyib. O, bununla əlaqədar məhkəməyə müraciət olunacağını da qeyd edib.

***

“Qanun” nəşriyyatında axtarış davam edir. Hadisə yerində olan jurnalistlərin verdiyi məlumata görə, axtarışda polislə yanaşı prokurorluğun əməkdaşları da iştirak edir. Bu dəqiqələrdə nəşriyyatın direktoru Şahbaz Xuduoğlunun otağının yoxlandığı bildirilir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir