İqtisadçı Samir Əliyev “Facebook” səhifəsində bu addımın açıqlamasını verib. Deyib ki, fərz edək ki, mənim bankda iki əmanət hesabım var. Biri manat hesabıdır və əmanəti bankdan götürəndə texniki səbəbdən hesabda 50 qəpik qalıb. Yəni, hesab bağlanmayıb. Bank da bilərəkdən və ya bilməyərəkdən bağlamağı təklif etməyib:
“Digəri dollar hesabıdır və hesabda 100 min dollar var. Rüfət Aslanlının və bankların yanaşmasına inansaq 50 qəpik və 100 min dolları birləşdirilib əmanətləri mənə manatla qaytaracaqlar. Çünki ikivalyutalı əmanət sahibiyəm. Bilmirsən güləsən, yoxsa ağlayasan…”