Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

”Mədəniyyətə və bədən tərbiyəsinə ayrılan vəsait səhiyyə xərclərindən çoxdur”

qubad-ibadoglu1-300x200Qubad İbadoğlu: Dövlətdən maliyyələşən heç bir ölkədə belə təzada rast gəlinmir ki…

2016-cı il üçün mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətə büdcədən 738,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

İqtisadçı Qubad İbadoğlu bunun ötən illə müqayisədə 3,2 dəfə çox olduğunu deyir. O, “Facebook” səhifəsində yazıb ki, buna səbəb Azərbaycanın Formula-1 üzrə Avropa Qran-prisi yarışlarına ev sahibliyi etməsidir:

“Bu ilin ilk 8 ayında dövlət büdcəsinin xərclərinin təhlili zamanı maraqlı məqamlarla qarşılaşdım. Onlardan biri də 2016-cı ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər sahədə fəaliyyət üçün ayrılan vəsaitin 3,2 dəfə çox olmasıdır. Əgər ötən ilin ilk 8 ayında bu məqsədlər üçün 155,5 milyon manat xərclənmişdisə, bu ilin müvafiq dövründə xərcləmələr 491,8 milyon manat olub. Bu isə həmin dövr ərzində səhiyyəyə yönəldilən xərclərdən 93,5 milyon manat çoxdur. Dünyada səhiyyə sistemi dövlətdən maliyyələşən heç bir ölkədə belə təzada rast gəlinmir ki, büdcədən mədəniyyətə və bədən tərbiyəsinə ayrılan xərclər səhiyyə xərclərindən çox olsun”.

İqtisadçı bildirir ki, bunun nədən baş verməsinin bir səbəbi var. O da aydındır. Azərbaycanda Formula-1 üzrə Avropa Qran-pri yarışları keçirib. Elə ona görə də il üçün bütövlükdə bədən tərbiyəsi, gənclər siyasəti və turizm bölməsinin maliyyələşdirilməsinə proqnozlaşdırılan 438,4 milyon manat vəsaitin 92 faizi və ya 403,2 milyon manatı beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlərə yönəldilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir