Prezident İlham Əliyev “Təhsil haqqında” qanundakı dəyişiklikləri təsdiq edib.
Qanununda aşağıdakı dəyişikliklər edilib:
1. Aşağıdakı məzmunda 22.3-1-ci maddə əlavə edilsin:
“22.3-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunur.”.
2. 26.2-ci maddədə “təhsili müəssisələrinə” sözlərindən sonra “, həmçinin hazırlıq qruplarına” sözləri əlavə edilsin.
3. Aşağıdakı məzmunda 26.5-1-ci maddə əlavə edilsin:
“26.5-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.