Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Rəsmi Bakı Putinin köməkçisinə cavab verə biləcəkmi?

yuri-usakov-300x175Yuri Uşakov da Con Kerrinin fikirlərini təkrarladı

“Moskvada yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə böyük nikbinlik yoxdur”. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Bununla belə o deyib ki, Moskva Bakı və Yerevanla işi davam etdirəcək.

Yuri Uşakovun sözlərinə görə, Rusiya Ermənistanın müttəfiqidir və tərəfdaşlarla razılaşdığı silahları tədarük etmək haqqına malikdir.

Təxminən 10 gün əvvəl ABŞ-ın dövlət katibi Con Kerri də bildirmişdi ki, yaxın vaxtlarda Qarabağ münaqişəsinin həllinə ümid yoxdur. O, əlavə etmişdi ki, Azərbaycan və Ermənistan prezidentləri hələ buna hazır deyil.

Con Kerri bu fikirləri Rusiya Ermənistana “İsgəndər” raketləri  vərən ərəfədə səsləndirmişdi. Rəsmi Bakı Rusiyanın bu addımını qınamaqdansa bütün gücünü Con Kerrinin yuxraıdakı fikirlərinə görə tənqidinə yönəltmişdi.

Göründüyü kimi  Yuri Uşakov da Con Kerrinin fikirlərinə oxşar açıqlama verib. Görəsən, ABŞ dövlət katibini topa tutan  rəsmi Bakı Yuri Uşakovu da eyni cəzarətlə tənqid edəcəkmi?

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir