Azərbaycan milli komandası bu gün DÇ-2018-in seçmə mərhələsində ikinci oyununa çıxıb. İlk ev matçında yığmamızın rəqibi Norveç millisi olub.
İlk görüşündə səfərdə San Marinonu üstələyən Robert Prosineçkinin komandası ardıcıl ikinci qələbəsini qazana bilib. Oyun Azərbaycan millisinin 1-0 hesablı qələsi ilə başa çatıb. Yeganə qolu 11-ci dəqiqədə Maksim Medvedev vurub.