İspaniya Krallığının Futbol Federasiyasının (RFEF) prezidenti Anxel Mariya Vilyar korrupsiya ittihamı ilə həbs olunub. “El Pais”-in verdiyi məlumata görə, İspaniya vətəndaş qvardiyasının bölmələri səhər saatlarında korrupsiya əleyhinə reyd həyata keçiriblər.
Bu reyd RFEF rəhbərliyinə də şamil edilib. Şübhəlilər arasında Vilyar və oğlu Qorka da var.
67 yaşlı funksioner RFEF rəhbəri seçkisində təşkilatın vəsaiti ilə regional federasiyaların rəhbərlərini satın almaqda şübhəli bilinir. Vilyar mayda yenidən seçildiyi quruma 29 ildir başçılıq edir. O, FİFA Şurasının böyük vitse-prezidenti kimi Mişel Platini azad olunduqdan sonra UEFA prezidenti səlahiyyətlərini icra edib./report
Yenifakt.info
Müstəqil xəbərlər portalı