Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

Kamran Şahsuvarlı boks üzrə dünya çempionatınaqələbə ilə başlayıb

Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir.

“Report” xəbər verir ki, mundialın 3-cü günündə Azərbaycan millisinin 2 üzvü mübarizəyə qoşulub.

75 kq çəki dərəcəsində rinqə çıxan Kamran Şahsuvarlı 1/8 final çərçivəsində keçirilən döyüşdə Maks Van der Pasla (Hollandiya) üz-üzə gəlib. Gərgin keçən görüş Olimpiya mükafatçımızın qələbəsi ilə başa çatıb. Şahsuvarlı rəqibini 3:2 (28:29, 29:28, 30:37, 30:27, 29:28) hesabı ilə məğlub edib.

O, 1/4 finalda kolumbiyalı Xorxe Vivas Palasiosla qüvvəsini sınayacaq. Döyüş avqustun 29-da baş tutacaq.

Şahsuvarlıdan fərqli, Lorenzo Sotomayorun debütü uğurlu alınmayıb. 64 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/8 final səddini keçə bilməyib. O, çətin keçən görüşdə misirli Eslam Muhamedə 2:3 (28:29, 28:29, 30:27, 27:30, 30:27) hesabı ilə məğlub olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir