Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Bakıda taksilərin sayıkəskin azaldılacaq

Paytaxtda fəaliyyət göstərən taksilərin sayının kəskin şəkildə azaldılacağı gözlənilir.

Xezerxeber.az-ın məlumatına görə,hazırda Bakıda taksi xidməti ilə məşğul olan 15 min fiziki və hüquqi şəxs var.

Bakı Nəqliyyat Agentliyində isə hesab edirlər ki, bu rəqəm olduqca çoxdur.Odur ki, paytaxtda nəqliyyat sisteminin təkmilləşdirilməsinə yönəlik tədbirlər hazırlanır. Planda yer alan əsas məsələlərdən biri taksilərin sayının azaldılmasıdır.

Sürücülərin bir qismi bu təklifi dəstəkləyir. Onlar hesab edirlər ki, taksilərin çoxluğu və bu sahədə nəzarətin istənilən səviyyədə olmaması qeyri-peşəkar sürücülərin bu fəaliyyətlə məşğul olmasına şərait yaradır. Sürücülər deyirlər ki, taksilərin çoxluğu qiymətin ucuz olmasına səbəb olur. Bu isə sürücülərdən fərqli olaraq müştərilərə sərf edir.

Bununla belə, təklifin əleyhinə çıxan sürücülər də az deyil. Onların sözlərinə görə, taksilərin çoxluğu insanların tələbatının ödənilməsi baxımından yaxşıdır.

Bakı Nəqliyyat Agentliyi mətbuat xidmətin rəhbəri Mais Ağayev deyir ki, taksilər üçün kvota qoyulacaq. Kvota hüquqi və fiziki şəxslər arasında bölüşdürüləcək. Bu zaman bir sıra amillər nəzərə alınacaq. Avtomobillərin istehsal tarixi və sazlığına xüsusi diqqət yetiriləcək.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir