Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

“Regionlarda “Açıq hökumət” təşəbbüsü ilə bağlı məlumatlandırma” – Layihə

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Regionlarda “Açıq hökumət” təşəbbüsü ilə bağlı məlumatlandırma” layihəsi çərçivəsində növbəti tədbirini keçirib. 

Cebhe.info xəbər verir ki, Xaçmaz şəhərində 30 nəfərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Pərviz Əmircanov Açıq Hökumətin Tərəfdaşlığı Təşəbbüsünün əhəmiyyəti ilə bağlı məlumat verib.

Daha sonra çıxış edən Qadın Problemlərinin Tədqiqatları Mərkəzinin sədri Sevil Allahverdiyeva layihə və onun aktuallığı barədə iştirakçılara məlumat verib: “Əsas məqsədimiz məlumatlandırma yolu ilə Azərbaycanda Açıq Hökumət Təşəbbüsünün tətbiqinə nail olmaqdan ibarətdir. Artıq Göyçay rayonunda bir məlumatlandırma sessiyası keçirilib və iştirakçılar tərəfindən maraqla qarşılanıb. Ümid edirik ki, bu gün aldığınız məlumatlar sizin üçün də faydalı olacaq”.

Eyni zamanda iştirakçılara respublikamızda dövlət qurumlarının göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı nəzəri və təcrübi məlumat verilib.
Sonda iştirakşıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, layihə çərçivəsində növbəti tədbirlər Qusar, İsmayıllı, Qəbələ və Quba rayonlarında keçiriləcək.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir