Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

İslam Kərimovdan sonra Özbəkistanda baş verən 12 dəyişiklik

ozbek-bash-nazir-300x188İslam Kərimovdan sonra Özbəkistanda baş verən 12 dəyişiklik

Özbəkistan prezidenti İslam Kərimovun ölümündən 1 ay keçir.  Prezidentin səlahiyyətlərini müvəqqəti icra edən baş nazir Şavkat Mirziyayev İslam Kərimovun apardığı siyasi kursun davam edəcəyini söz versə də, onun idarəçiliyi altında ölkədə bəzi dəyişikliklər də baş verib. Özbəkistanda baş verən 12 dəyişikliyi nəzərinizə çatdırırıq:

  1. Şikayətlərin virtual qəbul edilməsi

İndi Özbəkistan vətəndaşlarının imkanı yaranıb ki, ölkənin birinci şəxsinə şikayət və təkliflərlə birbaşa müraciət etsin. Hökumət portalı gov.uz (pm.gov.uz) test rejimində virtual qəbul həyata keçirir. Layihənin nəticələri Mirziyayevin Facebook səhifəsində yayımlanır.

  1. Pambıq yığımına məcburiyyətin aradan qaldırılması

Özbəkistan Əmək Nazirliyi xatırladıb ki, ölkəsi Beynəlxalq Əmək Təşkilatının konvensiyalarını ratifikasiya edib. Bu konvensiyalar pambıq yığımı və suvarılmasında məcburi və uşaq əməyini qadağan edir. Ağ qızılın məcburi yığımı halı ilə rastlaşan vətəndaşlar üçün qaynar xətt də yaradılıb.

  1. Kadr təyinatları

Şavkat Mirziyayev güc orqanları və regionların idarəçiliyində kadr dəyişiklikləri aparıb. 2012-ci ildə “Uzdunrobita” telekommunikasiya kompaniyasında baş verən skandala görə idarəçilikdən uzaqlaşdırılan Abdulla Aripov Nazirlər Kabinetinə geri qaytarılıb.

Həmçinin vitse-prezident Rüstəm Əzizovun səlahiyyətləri genişləndirilib. Mirziyayev doğma Cizik şəhərinin meri Asror Kobilovu qovaraq, onun yerinə Daşkənd meri Abdukaxxar Tuxtayevi gətirib. Baş prokurorluqda da kadrların rotasiyası baş tutub.

  1. Daşkənd qeydiyyatını əldə etmək çətinləşib

Qanunvericilər paytaxt regionunda daimi qeydiyyat əldə etmək üçün istifadə edilən qohumluq əlaqəsinin əhatəsini qanunla məhdudlaşdırıb. İndi pasporta qohumluq ştampı vurdurmaq, ancaq yaxın qohumlar üçün əlçatan olacaq: həyat yoldaşları, uşaqlar və ailəsi olmayanlar.

  1. Dövlətə valyuta satışı kvotası aşağı düşürülüb

Özbəkistan fermerlərinin valyuta gəlirlərini dövlətə satmaq öhdəliyinin həcmi 25%-ə qədər endirilib. Dəyişiklik meyvə-tərəvəz və bostan məhsulları ixracı ilə məşğul olan fermerlərə fayda verəcək. Əvvəllər kvota 50% idi, fermerlər şikayətlənirdi ki, valyuta kursunun tez-tez dəyişməsi əhəmiyyətli dərəcədə gəlir itkisinə səbəb olur.

  1. Qafurun qayıdışı

“Bratskiy kruq” kriminal təşkilatının liderlərindən Qafur Rəhimov İnterpolun axtarış siyahısından çıxardılıb.

  1. Dolların kursu 3000 sum psixoloji həddini keçib

Sentyabrın 14-ü dolların rəsmi məzənnəsi 3000 sum psixoloji həddini keçib. 2016-cı ilin başlanğıcından milli valyuta 6.7 faiz ucuzlaşıb. Qara bazarda isə dolların kursu 6035-6400 aralığındadır.

  1. Qara siyahıdakı artistlərin reabilitasiyası

Mirziyayev konsert tədbirlərinə qadağa qoyulmuş məşhur artistlər Şerali Curayev, Ulduz Usmanova və Obid Asomovu qara siyahıdan çıxarıb. Müğənni Usmanova xaricdəki müxalifətə dəstəyini ifadə etdiyi üçün məhdudiyyətlərə məruz qalmışdı.

  1. Qırğızıstanla münasibətlərin yenilənməsi

Unqar Tep dağındakı sərhəd münaqişəsinə görə rəsmi Daşkənd və Bişkek arasında münasibət pisləşmişdi. Kərimovun ölümündən sonra Mirziyayev şərq qonşusuna mübahisəli məsələni sülhlə aradan qaldırmaq çağırışı edib. Bundan sonra ölkələr arasında bu yöndə diplomatik danışıqlar aparılıb.

  1. Prezident yolunun aradan qaldırılması

Kərimovun təhlükəsizliyi üçün qapadılan yol Daşkənd sürücülərinə geri qaytarılıb. Temur Məlikovun adını daşıyan yol daha çox prezident yolu kimi tanınır. Artıq dəmir qəfəslər aradan qaldırılır, piyada keçidləri bərpa olunur.

  1. İkili vətəndaşlığa görə vətəndaşlıqdan xaric edilmə

23 sentyabrda Şavkat Mirziyayev vətəndaşlıq haqqında qanuna dəyişiklik edib. Xarici vətəndaşlığın əldə edilməsi Özbəkistan vətəndaşlığına son qoyacaq.

  1. Yolların təmiri

Sentyabrda Daşkəndə bir neçə maşstablı yol layihələri başladılıb: Bunedkor prospektində körpü, radiotexniki kollecdən botanika bağına kimi 6 zolaqlı yol tikilir. Paytaxtın bütün rayonlarında məhəlli yollar təmir olunur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir