Türkiyə polisi bu il yanvarın 1-də İstanbulda “Reina” gecə klubunda törədilən qətliamın təşkilatçısını saxlayıb.Musavat.com Daily Sabah qəzetinə istinadla xəbər verir ki, həmin şəxs türk əsilli Fransa vətəndaşıdır.
Hələlik adı açıqlanmayan şəxs fevralın 12-də İstanbulda yaxalanıb. Şübhəli şəxs qatil Əbdülqadir Maşaripovun gizləndiyi evlərdən birini icarəyə götürüb. Hesab olunur ki, məhz o, qətliamını sifarişini verib, təşkilatçılığını edib.
Qeyd edək ki, sözü gedən qətliamda müxtəlif ölkələrdən olan 39 insan həlak olub, 100-qədər adam isə yaralanıb.
Yenifakt.info
Müstəqil xəbərlər portalı