Fevralın 14-də valyuta hərracında təklif 35 mln dollar, tələb 37 mln dollar olub, deyə «Respublika Alternativi» (REAL) hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərli bildirib.
«Tələb təklifdən 2 mln dollar çox olsa da, dolların məzənnəsi 1,7301-dən 1,7296 manata düşüb. Üzən məzənnə belə olmur. Bu, dar, şəxsi marağın nəticəsidir», deyə Natiq Cəfərli bildirib.
Xatırladaq ki, 2016-cı ilin oktyabrından dolların məzənnəsi yüksəlsə də, 2017-ci ilin fevralında manat kəskin möhkəmlənib. Fevralda manat 19 qəpik – 1 dollar üçün 1,92-dən 1,72967 manata kimi möhkəmlənib.