Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kommersiya banklarına yeni göstəriş verib. Yeni göstərişdə hüquqi və fiziki şəxs olan vergi ödəyicilərinə bank hesablarından nağd vəsaitlərin çıxarılması qadağan edilib.
Belə ki, hüquqi şəxslər və fiziki şəxs olan sahibkarların yalnız mal-materialların alınması üçün istifadə oluna bilən nağd vəsaitlərin hesablardan çıxarılması müvəqqəti olaraq dayandırılıb. Notariuslardan başqa istənilən hüquqi şəxslər və fiziki şəxs olan sahibkarlar tərəfindən nağd pulun çıxarılması ilə bağlı istənilən əməliyyatlar bank rəsmilərinə müraciət edilmədən aparıla bilməz.
“Report”un bank dairələrindən əldə etdiyi məlumata görə, bu qadağa ötən gün sadələşdirilmiş vergi ödəyicilərinə aid edilsə də, yaranan narazılıq MBNP-ni geri çəkilməyə vadar edib və hazırda isə bu qadağa əsasən ƏDV ödəyicilərinə qarşı tətbiq edilir.