Müsavat başqanının müavini Fərəc Kərimli azadlığa çıxıb.
Bu barədə partiya başqanı Arif Hacılı öz facebook səhifəsində yazıb.
Fərəc Kərimli 2014-cü ilin iyul ayında həbs olunmuşdu. Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmək və ya saxlamaq) maddəsi ilə ittiham olunurdu və barəsində 6 il 6 ay hökm çıxarılmışdı.
Başqan müavini son amnistiyaya düşüb.