Sentyabrın 7-də “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində şahid qismində ifadə verib. Bu barədə Sücəddin Şərifov özü məlumat verib: “Bu gün səhər saatlarında Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsindən zəng edib şahid qismində dəvət olundum. Təfərrüatlara vara bilmərəm. Ümumi onu deyə bilərəm ki, saat 15-də başlayan dindirmə iki saata yaxın çəkdi. Suallar Faiq Əmirliyə açılmış cinayət işi ilə bağlı idi. Dindirilmə idarənin müstəntiqi Aqil Ələsgərov tərəfindən aparıldı”.
Qeyd edək ki, Sücəddin Şərifovdan əvvəl qəzetin əməkdaşları Xəyal Babayev və Vidadi Məmmədov da Ağır Cinayətlərə Dair İstintaq idarəsində bu işlə bağlı dindirilib.