Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

”Azadlıq” qəzetinin iki əməkdaşı istintaqa çağırılıb

vidadi-xeyal“Azadlıq” qəzetinin əməkdaşı Vidadi Məmmədov Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılıb. Bu haqda jurnalist özü məlumat verib. O deyib ki, müstəntiq zəng edərək 7 sentyabr saat 11-də idarədə olmasını istəyib. O, hansı iş üzrə istintaqa çağırıldığını bilmir. Amma güman edir ki, istintaqa dəvəti qəzetin yayım direktoru Faiq Əmirlinin həbsi ilə bağlı ola bilər. “Faiq Əmirlinin həbsindən sonra gözlənilirdi ki, bu iş “Azadlıq” qəzetinin üzərinə yönələ bilər. Gözlənilən kimi oldu. Artıq “Azadlıq” qəzetinin əməkdaşların bir-bir istintaqa çağırırlar”.

“Azadlıq” qəzetinin digər əməkdaşı Xəyal Babayev 6 sentyabrda Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılıb. O iltizama qol çəkdiyindən hansı səbəblə istintaqa dəvət edildiyini deməyib.

“Azadlıq” qəzetinin yayım direktoru F.Əmirliyə Cinayət Məcəlləsinin 283-2-ci (milli, irqi, dini düşmənçilik salma) və 168.1-ci maddəsi ilə (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) ittiham irəli sürülüb. 22 avqustda Nəsimi Rayon Məhkəməsi Faiq Əmirli barəsində 3 aylıq həbs- qətimkan tədbiri seçib.

“Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzi də 2014-cü ilin 30 avqustundan 5 il müddətinə həbs olunub. O, artıq 2 ildir ki, həbsdədir. Jurnalist xuliqanlıqda ittiham olunur. “Azadlıq” qəzeti hesab edir ki, hər iki həbs qanunsuzdur.

“Azadlıq” qəzetinin Azərbaycan Nəşriyyatına maliyyə borcu olduğuna görə qəzetin 5 sentyabrdan nəşri dayandırılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir