Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət Xəbərlər

ABŞ səfiri və müavinləri AXCP sədri ilə görüşdü

karimli-sekutaABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta avqustun 23-də AXCP sədri Əli Kərimli ilə görüşüb. Görüşdə ABŞ səfirinin müavini Uilyam R.Qill, Səfirliyin Siyasi şöbə müdiri Ziya Sayed, səfirin Siyasi İşlər üzrə müşaviri xanım Süzan Çesli də iştirak edib.
AXCP Mətbuat Xidmətindən daxil olan məlumatda bildirilir ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, 26 sentyabrda keçirilməsi nəzərdə tutulan referendum, referenduma çıxarılan Konstitusiya dəyişiklikləri, ölkədəki siyasi məhbusların taleyi, onların azadlığa çıxarılması üçün göstərilən yerli və beynəlxalq səylər müzakirə olunub.
Referendum ərəfəsi ölkədə yeni repressiya dalğasının başlanması, siyasi məhbusların sayının yenidən artması, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və tərəfdarlarının, eləcə də bugünlərdə həbs edilmiş NİDA hərəkatı fəalı Elgiz Qəhrəmanın işində olduğu kimi, bir çox hallarda həbs edilən şəxslərin hansısa ifadələri verməsi üçün işgəncəyə məruz qalması, onların prosessual hüquqlarının pozulması da müzakirə mövzusu olub.
AXCP Mətbuat Xidmətindən bildirilib ki, son həbslərə qədər partiya sıralarından aralarında sədr müavinləri Fuad Qəhrəmanlı və Seymur Həzi, Rəyasət Heyəti üzvləri Asif Yusifli və Məmməd İbrahim olmaqla, 9 nəfər siyasi məhbus var idi. Son 10 gündə isə AXCP və onun sədrinə qarşı şər-böhtan, eləcə də partiya funksionerlərinə qarşı cinayət təqibi kampaniyası daha da intensivləşib. AXCP Gənclər Komitəsinin fəalı Fuad Əhmədli və AXCP sədrinin köməkçisi Faiq Əmirliyə qarşı cinayət işi başlanıb, nə qədər absurd olsa da, onlar “Gülənçi” olmaqda suçlanaraq, saxta ittihamlarla həbs ediliblər. Eyni zamanda müxtəlif uydurma bəhanələrlə partiya fəalları Məsud Rzalı, Qədim Bəkirov və Vasif Fətiyev inzibati qaydada həbs olunublar. Beləliklə, hazırda təkcə AXCP-dən olan siyasi məhbusların sayı (siyasi girov, AXCP sədrinin qaynı Elnur Seyidov da daxil olmaqla) 14 nəfərə çatıb. Görüşdə həmçinin bütün bunlar, ölkədəki demokratik qüvvələrə, xüsusilə də AXCP-yə qarşı başlanmış yeni repressiya dalğası ətraflı müzakirə olunub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir