Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Əliyev xalqı böhrandan xilas etmək əvəzinə, öz ailə hakimiyyətini böhrandan xilas etmək xəttini seçib”

“ Avtoritar düşüncəyə söykənən idarəçilik Azərbaycanda bütün sahələrdə ciddi geriləmə səbəb olmuşdur. İctimai, siyasi, iqtisadi və sair sahələrdə yaranmış problemlərdən qurtulmağın yeganə yolu bütün sahələrdə ciddi islahatların aparılmasını tələb edir” – bu sözləri gənc içtimai-siyasi fəal Anar Məmmədov konstision dəyişiklikləri şərh edərkən Media-fakt.info-a deyib.2 (3)

Məmmədov hesab edir ki, real islahatlar ölkəmizdə yaşanan ciddi siyasi, sosial, iqtisadi sahələrdə və maliyyə sektorunda yaşanan çatışmazlıqların aradan qaldırılmasına, mütərəqqi beynəlxalq təşkilatlar və demokratik dövlətlərlə münasibətlərimizin normallaşmasına səbəb ola bilər: “Qeyd olunan sahələrdə islahatların aparılmasından əvvəl konstitusiya dəyişiklikləri haqqında verilmiş sərəncamı səbəbsiz və təsadüfi hesab etmək olmaz. Azərbaycanda islahatlar qaçılmazdır. Təklif olunan dəyişikliklər hər şeydən əvvəl hakim ailənin təhlükəsizliyinin və hakimiyyətinin davamlılığının təminatına hesablanıb. Dövlətçılık və millət mənafeyi düşüncəsindən uzaq olan, avtoritar idarəçiliyi özünün hobbisi hesab edən bu rəhbərliyin konstitusiya dəyişiklikləri Azərbaycanda hakim ailənin hakimiyyətin müxtəlif qollarında daha çox təmsil olunmasına, ölkəmizdə qeyd olunan ailənin hüdudsuz səlahiyyət əldə etməsinə və qanunla təsbit olunmayan faktiki monarxiyanın qurulmasını reallaşdırmağı nəzərdə tutur.Belə ki hakimiyyət xalqı böhrandan xilas etmək əvəzinə, öz rejimini, ailə hakimiyyətini böhrandan xilas etmək xəttini seçir”

Ölkə başçısı İlham Əliyevin bu addımını hakimiyyət daxili savaşın kəskinləşməsi ilə də bağlamaq olar. Ölkə başçısı artıq komandaya inanmır, ona görə də özünü sığortalayacaq addımlar atmaq məcburiyyətində qalıb. Bu fikirimi  arqument kimi vitse-prezidentlik institutunun yaradılması və prezidentə Milli Məclisi buraxmaq səlahiyyətinin verilməsilə izah edirəm. Nəzərdə tutulan, layihədə birinci vitse-prezident və vitse-prezident postu yaradılır. Prezident səlahiyyətini yerinə yetirə bilmədikdə səlahiyyətlər müvafiq olaraq birinci vitse-prezidentə və vitse-prezidentlərə keçir. Hazırki konstitusiyaya görə isə, prezident səlahiyyətlərini yerinə yetirə bilmədikdə bu görəvi baş nazir icra edir. İlk baxışda deyilə bilər ki, burada elə də ciddi fərq yoxdur. Lakin məsələ burasındadır ki, baş naziri Milli Məclis təsdiq edir. Amma birinci vitse-prezident və vitse-prezidentlərlə bağlı belə deyil. Bunlar təyinatlı postdur.  Məhz tək bu amili əsas gətirərək İlham Əliyevin komandasına güvənmədiyi barədə mülahizə irəli sürmək yetərlidir. Mənim fikirimcə hakimiyyət müddətinin 7 ilə qədər artırılması Əliyevə növbəti dəfə müddətsiz seçilməsi qaydalarının mövcud olduğu hazırkı şəraitdən daha legitim bir şəraitdə yenidən seçilmək imkanı verir. Bununla Əliyev bir tərəfdən son vaxtlar hakimiyyət kuluarlarında daha sıx səslənən “Növbəti kim olacaq?” sualına son qoyacaq. İkincisi isə, özü üçün islahatların ən azından 2020 və 2025-ci illərə qədər həyata keçirilməli olan ilk iki mərhələsini həyata keçirmək üçün imkan yaradır.

Anar bəy müxalif güclərin bir araya gəlməsi üçün əlverişli zamanın yetişdiyi qənaətindədir:  “Bu quduz düşüncəni durdurmaq üçün bütün müxalif siyasi qüvvələrin, ictimai birliklərin, QHT- nın və müstəqil düşüncə sahibi olan ziyalıların bir araya gələrək, məsələyə münasibət bildirmələrinə, bu istiqamətdə birgə, ardıcıl , prinsipial mübarizə aparmalarına və beynəlxalq ictimaiyyətə müraciət etmələrinə ehtiyac yaranmışdır. 100 illik cümhuriyyət təcrübəsi olan Azərbaycanın monarxiya idarəçiliyinə dönüşü yolverilməzdir”.

 Ə.Əliyev

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir