Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

NİDA Elgiz Qəhrəmanla bağlı bəyanat yaydı

nida-herekatiNİDA Vətəndaş Hərəkatı həbs edilən üzvü Elgiz Qəhrəmanla bağlı bəyanat yaydı. Bəyanatda deyilir:

“NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman 12 avqust tarixində mülki geyimlilər tərəfindən oğurlanaraq Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi “Bandotdel”ə aparılıb. Bu gün məlum oldu ki, Nərimanov rayon məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda törədildikdə) maddəsinə ilə Elgiz Qəhrəman haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. Elgizin saxta ittihamlar əsasında həbs olunmasının NİDA VH üzvü və müxalif mövqeyi ilə əlaqəli olduğuna dair heç bir şübhə yoxdur.

Bundan əlavə, 15 avqust tarixində hökumət mediasında tirajlanan saxta məlumatlarda Elgiz Qəhrəmanın və dolayısı yolla NİDA Vətəndaş Hərəkatının Fəthullah Gülən və onun hərəkatına bağlılığı barədə yalan və böhtan xarakterli məlumatlar yazılandan sonra Elgiz Qəhrəmanı qarşı olan təqibin siyasi xarakterli olmasına dair şübhələrimiz artmışdı. Bildirmək istəyirik ki, NİDA-nın və üzvümüz Elgiz Qəhrəmanın “Gülən” hərəkatı ilə heç bir bağlılığı yoxdur, bu iddia tamamilə uydurma və yalandır. Ehtimal edirik ki, bu iddianın ortaya atılması NİDA və onun üzvlərinə qarşı yeni repressiya dalğasının başladılması üçün zəmin rolunda istifadə oluna bilər. NİDA Vətəndaş Hərəkatı olaraq, Azərbaycan üçün çox problemli və həssas olan hazırki böhran dövründə hakimiyyəti müxalif fikrə qarşı təqib və repressiyalar həyata keçirmək əvəzinə, vətəndaşlarımızın güzəranını yaxşılaşdırmaq üçün həyati əhəmiyyətli islahat və dəyişikliklərə başlamağa çağırır və yalançı ittihamlarla həbs olunmuş bütün siyasi fəalları qeyd-şərtsiz azad olunmasını tələb edirik.

 Qeyd edək ki, Elgiz Qəhrəman Ankara Universitetinin “Siyasi elmlər” fakultəsini bitirib, 2015-ci il parlament seçkilərində Nida Vətəndaş Hərəkatının namizədlərindən biri idi.”

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir