Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

QHT rəhbəri Elçin Məmməd Gürcüstanla sərhəddə saxlanılıb

1958142_427819247372269_3783617495123436781_n

Bir il öncə də E.Məmmədə ölkədən çıxmağa icazə verilməmişdi. Onun ölkədən çıxışına qadağa DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən qoyulub.

O, bu qərardan şikayət verib və mayın 24-də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi jurnalistin ölkədən çıxışına qadağanın aradan qaldırılması barədə qərar cıxarıb.

DİN bildirib ki, qadağa E.Məmmədin kredit borcunun olması ilə bağlıdır.

Lakin həmkarlarının sözlərinə görə, avqustun 2-də o, məhkəmədə ölkədən çıxışına qadağanın ləğvinin qüvvəyə minməsi barədə rəsmi qərarı alıb.

Hələlik hüquq-mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir